Dərc edildi: Baxış sayı: 543
Deputatlar tətili harada keçirəcəklər?
Parlamentdə dekabrın 28-də keçirilən payız sessiyasının sonuncu plenar iclasından sonra millət vəkilləri tətilə çıxdılar. Publika.az Xəzər xəbər-ə istinadən məlumat verir ki, deputatlar15 yanvaradək tətildə olacaqlar. Müsahibə aldığımız əksər millət vəkili bu istirahət günlərini ölkə daxilində dəyərləndirəcək. Amma istisnalar da var. Millət vəkili Fazil Mustafa və Səməd Seyidov isə tətildə də Avropa Şurası Parlament Assambleyasının Sessiyasına hazırlaşacaqlar. Millət vəkilləri Rəşad Mahmudov və Aqil Abbas isə bayram tətillərini ailələri və seçiciləri ilə keçirməyi düşünür. Qeyd edək ki, Milli Məclisdə rəsmi iş günü yanvarın 15 dən etibarən başlayacaq
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət