Dərc edildi: Baxış sayı: 451
Deputatlar tətilə yollandılar
Milli Məclisin növbədənkənar sessiyası öz işini başa vurub.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova bildirib.
Milli Məclis sədri söyləyib ki, parlamentin növbədənkənar sessiyası zamanı səkkiz iclas keçirilib.
O qeyd edib ki, Milli Məclisin növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub.
Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası iyunun 1-də başlamışdı.
Növbədənkənar sessiyanın bitməsinə görə, deputatlar tətilə yollanıblar.
Qanunvericiliyə əsasən Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət