Dərc edildi: Baxış sayı: 374
Deputatlar tətildən qayıdır
Azərbaycan Milli Məclisinin deputatları gələn həftə tətildən qayıdacaqlar.
Ens.az “Report”-a istinadən xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edəcək.
Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq.
MM-in payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət