Slimfit
  1. AZƏRBAYCAN

Deputatlar prezidentin struktur islahatlarından danışdılar

Deputatlar prezidentin struktur islahatlarından danışdılar
Sakura

Deputatlar prezidentin struktur islahatlarından danışdılar

Ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

 “Əlbəttə, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşürəm.

Kimsə istəməz ki, indiki zamanda iş yerini itirsin, sabit maaşdan məhrum olsun.

Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır”, - deyən millət vəkilinin sözlərinə görə, bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır. 

Deputat qeyd edib ki, əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. 

“Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır.

İndi vergi və gömrük sistemində dəyişikliklər buna ümid yaradır, ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz “bac-xərac” mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır.

Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür.

Digər tərəfdən icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı.

Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahıın yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”, - deyə, F. Mustafa sözlərinə əlavə edib.

Millət vəkili Eldəniz Səlimov da ölkə prezidentin son fərmanlarını müsbət qiymətləndirib və təqdirəlayiq hal hesab edib.

Bildirib ki, hələ ötən əsrin 90-ci illərindən başlanan struktur və kadr islahatları ölkə prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövründə də uğurla və mərhələli şəkildə davam etdirilib və etdirilməkdədir.

Millət vəkilinin dediyinə görə, son fərmanlar, yəni, bir neçə dövlət qurumun ləğvi, birləşdirilməsi, həmçinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yaradılması isə illərdir davam edən və etdirilən islahatlar prosesinin növbəti mərhələsi və tərkib hissəsidir.

E. Səlimov deyib ki, bunları ayrılıqda götürmək olmaz:

“Çünki bəzən elə təsəvvür yaradılmağa çalışılır ki, guya indiyəcən bu cür proseslər, islahatlar, idarəetmənin təkmilləşdirilməsi olmayıb, yaşanmayıb.

Bu, belə deyil, bu, düzgün yanaşma sayıla bilməyib. Bu təkmilləşdirmələr, kadr, struktur islahatları hər zaman olub, bu gün də var, sabah da olacaq. Bəzən asta, bəzən isə daha sürətli şəkildə, özü də dövrün və zaman reallıqlarına uyğun şəkildə.

Eyni zamanda, sosial şəbəklərdə gedən müzakirlərdə bir zaman dövləti, hakimiyyəti struktur islahatları aparmamaqda haqsızcasına “ittiham” edənlər indi valı tərsinə çeviriblər, bu qurumların ləğvinə qarşı çıxır, guya orada çalışanların halına yandıqlarını nümayiş etdirməyə çalışırlar. Əslində onların niyyəti, məqsədi bəllidir, od olmayan yerdən tüstü çıxarmaq.

Amma faydasızdır, səmərəsizdir, onlara da məsləhətim budur ki, artıq boş-boş işlərlə məşğul olmasınlar, gedib faydalı bir işin qulpundan yapışsınlar ömürlərində  heç olmasa bircə dəfə.

Həmin insanlar işsiz qalmayacaqlar, nevə ki, bundan əvvəl ləğv edilən bir sıra qurumların işçiləri, əməkdaşları işsiz-gücsüz qalmayıblar.

Onlar da öz ixtisaslarına, öz qabiliyyət və bacarıqlarına uyğun şəkildə işlə təmin olunacaqlar. Bu, birmənalıdır.

Odur ki, ölkə prezidentinin bu yöndəki son addımlarını da müsbət, yüksək qiymətləndirməklə yanaşı, bu prosesin bundan sonra da davam etdiriləcəyinə əminliyi ifadə edirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR