Slimfit
  1. AZƏRBAYCAN

Deputatlar kənd təsərrüfatının sığortalanmasını istəyirlər

Deputatlar kənd təsərrüfatının sığortalanmasını istəyirlər
Sakura

Deputatlar kənd təsərrüfatının sığortalanmasını istəyirlər

Hər sahədə olduğu kimi, sığorta kənd təsərrüfatında da vacib məsələlərdəndir. “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi qəbul edilərsə, müsbətə doğru addım atılmış olar, sahibkarlar bundan yararlanarlar.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri müavini, professor Eldar Quliyev parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı adıçəkilən komitənin yanvarın 31-də keçirilən ilk iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqlimi o qədər də dəyişikliyə məruz qalmır, amma ölkəmizdə də subasma hadisəsi baş verir, dolu düşür və digər neqativ hallar olur. 

“Belə olanda halda sahibkarlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilər. Ümid edirəm ki, yaz sessiyasında bu qanun layihəsi qəbul ediləcək”, - deyə o əlavə edib.

Millət vəkili Eldəniz Səlimov da öz növbəsində qeyd edib ki, belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulur.

O bildirib ki, artıq bu yöndə müzakirələrə başlanılması və onun qəbul edilməsi zamanıdır:

“Mən də şəxsən hesab edirəm ki, nəhayət, belə bir qanun layihəsi müzakirələrə çıxarılmalı və qəbul edilməlidir. Bu qanun qəbul olunursa, onun ölkənin aqrar sektorunun, kənd təsərrüfatının inkişafına, bu sahədə çalışan insanlara, fermerlərə, sahibkarlara böyük xeyri olacaq.

Yəni hansısa fövqəladə hadisə ilə bağlı fermerlərə, sahibkarlara ziyan dəyərsə, onlar tezliklə bu ziyandan, zərərdən qurtula, öz işlərini daha yüksək səviyyədə,  yüksək templə davam etdirə bilərlər. Ona görə də hesab edirəm ki, yaz sessiyasında belə bir qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu çox məqsədəmüvafiq olardı”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR