Dərc edildi: Baxış sayı: 343
Deputatlar avqustun 5-də plenar iclasa toplanır
Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək.
Ens.az xəbər verir ki, bu barədə Oxu.Az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, iclasda 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
İclasda “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə, İşsizlikdən sığorta fondunun, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinə dəyişikliklər birinci oxunuşda təqdim ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət