Slimfit
  1. CƏMİYYƏT

Deputatın oğlu seçkilərə qatılır?

Deputatın oğlu seçkilərə qatılır?
Sakura

Deputatın oğlu seçkilərə qatılır?

Beşinci çağırış Milli Məclisin deputatı Əsabil Qasımov fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılmayacaq. O səbəbdən ki, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğundan namizədliyi irəli sürülməyib.

Lakin sosial şəbəkələrdə yayılan məlumatlara görə, Əsabil Qasımovun namizədliyi YAP tərəfindən irəli sürülməsə də, növbəti seçkilərdə oğlu müstəqil namizəd kimi seçkilərdə iştirak edəcək.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün 79 saylı İmişli Dairə Seçki Komissiyası (DSK) ilə əlaqə saxlayıb.

DSK-dan saytımıza verilən məlumata görə, Əsabil Qasımovun oğlu seçkilərdə iştirak etməyəcək:

“Budəfəki seçkilərdə Əsabil Qasımovun oğlu iştirak etmir. Yayılan xəbərlər yalandır”.

Qeyd edək ki, beşinci çağırış Milli Məclisin deputatı Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilmişdi. O, YAP üzvüdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR