Slimfit
  1. CƏMİYYƏT

Deputatın ittihamlarına məktəbdən cavab gəldi

Deputatın ittihamlarına məktəbdən cavab gəldi
Sakura

Deputatın ittihamlarına məktəbdən cavab gəldi

Millət vəkili Etibar Əliyev Bakının Nizami rayonunda yerləşən məktəblərdən birinə direktor təyinatı ilə bağlı tənqidi fikirlər səsləndirib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  sosial şəbəkə hesabında E. Əliyev qeyd edib ki, həmin məktəbdə pedaqogika üzrə fəlsəfə doktoru, "ilin müəllimi", "ilin pedaqoji mühazirələri müasabiqəsi"nin Respublika mərhələsinin qalibi, "Tərəqqi medalı"na layiq görülmüş direktor müavini qaldığı halda, həmin məktəbdə direktor başqa rayonda yerləşən məktəblərin birindən heç bir təhsil uğuru olmayan direktor müavini təyin edilib. O, bu təyinatdan sonra məktəbdə anarxiya yarandığını, təhsil mühitinin dağıldığını iddia edib.

Deputatın sözügedən ittihamları ilə bağlı paytaxtın Nizami rayonunda yerləşən 210 nömrəli tam orta məktəb açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, təhsil cəmiyyətin inkişafı baxımından ümumi maraqlara xidmət etdiyi üçün hamı, xüsusilə ziyalılar təhsilin, məktəb və müəllimin yanında olmalı olsalar da, təəəssüf ki, bəzi ictimai şəxslərin davranışında bunun əksi müşahidə edilir: “Məktəbimiz haqqında deputat Etibar Əliyevin əsassız ittihamları qəbulolunmazdır və pedaqoji kollektivimiz tərəfindən etirazla qarşılanır. Milli Məclis deputatının dəfələrlə məktəbimiz haqqında sosial şəbəkələrdə qarayaxma fikirlər paylaşması, şəxsi maraqlardan çıxış edərək Elm və Təhsil Nazirliyinin direktorların işə qəbulu ilə bağlı yaratdığı şəffaflığa əsaslanan prosesə kölgə salmaq cəhdi ciddi təəssüf doğurur. Özünə ziyalı deyən hər kəs təhsilin, təhsil islahatlarının yanında olmalıdır, cılız hisslərə söykənərək qarşısında deyil”.

Məktəbin məlumatında vurğulanıb ki, E.Əliyevin qeyd etdiyi pedaqogika üzrə fəlsəfə doktoru Ü.Vəliyeva 2021-ci ilin oktyabr-dekabr aylarında direktor vəzifəsini müvəqqəti icra etsə də, direktorların işə qəbulu imtahanında iştirak etmədiyi üçün direktor təyin olunmayıb: “Ü. Vəliyeva 2022-ci və 2023-cü illərdə direktorların işə qəbulu imtahanında iştirak edib və imtahanın test mərhələsindən qeyri-məqbul bal toplayıb. Hazırda məktəbimizdə direktor müavini kimi fəaliyyətini davam etdirir. Məktəb kollektivi və məktəb rəhbərliyi ilə normal münasibətlərə malikdir. Bütün bunları nəzərə alaraq deputat Etibar Əliyevə tövsiyə edərdik ki, öz şəxsi ambisiyalarını əsas tutaraq məktəbimizin kollektivi içərisində nifaq salmağa və məktəbin nüfuzuna xələl gətirməyə əbəs cəhdlərdən əl çəksin”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR