Dərc edildi: Baxış sayı: 444
Deputatın bu təklifi Türkiyədə müsbət qarşılandı
Millət vəkili Qənirə Paşayeva Yayladağı bələdiyyə başçısı Məhməd Kalkan ilə görüş keçirib.
Axar.az xəbər verir ki, görüş zamanı millət vəkili qədim Yayladağını Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini deyib.
Məhməd Kalkan qardaş bələdiyyələr məsələsi ilə bağlı addımların atılacağını bildirib.
Deputat həmçinin Yayladağının mərkəzi küçələrindən birinə Azərbaycan və mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə inandığını deyib.
Bələdiyyə başçısı millət vəkilinin bu təklifini də müsbət qiymətləndirib.
Görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət