Dərc edildi: Baxış sayı: 568
Deputatdan təklif: “Dilənçilərə dövlət hesabına yemək verilsin”
“Dilənçilərlə bağlı məsələ olduqca vacibdir”.
Ens.az Moderin.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O bildirib ki, koronavirusla bağlı karantin rejimi yumşalan kimi dilənçilər küçələrə çıxıb:
“Təklif edirəm ki, dilənçilər üçün sığınacaq yaradaq. Gündə 3 dəfə onlara dövlət hesabına yemək verilsin. Dilənçilikdən imtina edənləri bu sığınacaqdan buraxmaq lazımdır. İndi hansı küçəyə gedirsən, dilənçiləri görürsən. Bu formada onları küçədən yığışdırmaq və islah etmək mümkündür”.
Mənbə: Modern.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət