Slimfit
  1. AZƏRBAYCAN

Deputatdan KİV-lə bağlı təklif

Deputatdan KİV-lə bağlı təklif
Sakura

Deputatdan KİV-lə bağlı təklif

Kütləvi informasiya vasitələri (KİV) üzərindən Əlavə Dəyər Vergisi (ƏDV) götürülməlidir.

Bu təklifi Oxu.Az-a açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov səsləndirib.

“Bildiyiniz kimi, əvvəllər KİV-lərə ƏDV tətbiq edilmirdi. Ancaq son vaxtlar müəyyən dəyişikliklər əsasında ölkəyə gətirilən çap məhsulları və eyni zamanda, qəzet kağızı da ƏDV-yə cəlb olunur.

Mən elə bilirəm ki, bu məbləğ kifayət qədər azdır, büdcə üçün ağırlıq, yük təşkil etmir.

Ona görə də  KİV üzərindən ƏDV-ni götürməliyik”, - deyən millət vəkili bu yöndə təklifini bir daha parlamentin qarşıdan gələn yaz sessiyasında, o cümlədən hökumətin növbəti illik hesabatı zamanı səsləndirəcəyini vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR