Slimfit
  1. CƏMİYYƏT

Deputatdan Elman Rüstəmova ağır ittihamlar: “Mərkəzi Bankın fəaliyyəti araşdırılsın”

Deputatdan Elman Rüstəmova ağır ittihamlar: “Mərkəzi Bankın fəaliyyəti araşdırılsın”
Sakura

Deputatdan Elman Rüstəmova ağır ittihamlar: “Mərkəzi Bankın fəaliyyəti araşdırılsın”

Milli Məclisin iclasında deputat Fəzail Ağamalı Mərkəzi Bankın sədri Elman Rüstəmovu tənqid edib. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  F.Ağamalı E.Rüstəmovu bank sistemini məhv etməkdə təqsirləndirib: 

“İllərdir yüz minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, onun ailəsini dağıdan, evlərini, mülklərini əllərindən alan, başa bəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də yüksək faizli bu missiyanı davam etdirməkdədi”, - deyə F.Ağamalı bildirib. 

Millət vəkili qeyd edib ki, cehiz krediti deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib:  

“50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik uğursuzluğa düçar olanda, kreditin ödənişini gecikdirəndə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakını dərhal məhkəmənin hökmü ilə müsadirə edirlər.

Sual olunur: Bu cür yanaşma, bu qədər yüksək faiz, bu qədər pula hərislik hansı ölkədə, hansı ölkənin bank sistemində var?

İndi biz hər bir manata belə qənaət edib, onu “Böyük qayıdış”a yönəltməliyik. Nə baş verir? Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub.

Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətilə yüksək standartlara cavab verən 1 720 000 kvadratmetr mənzil və yaxud 12 300 yaşayış evi, bir neçə məktəb, xəstəxana, uşaq bağçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar”.

F.Ağamalı vurğulayıb ki, bu cür anormal bank sistemində ciddi islahatlara böyük ehtiyac var. 

“Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər bank - pul krediti icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş - bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq. Eyni zamanda, “Bank haqqında” qanun yenidən işlənilməli, Mərkəzi Bankın fəaliyyəti araşdırılmalı, qurumun şəffaf olmayan maliyyə fəaliyyətinə, ştat cədvəlinin və illik smetasındakı müstəqilliyə son qoymalı və bu səlahiyyətlər Milli Məclisə verilməlidir.

Dünyanın milyardlarla vəsaiti olan böyük banklarının Azərbaycana gətirilməsi önəmli olardı. Bu praktikanı ölkələrində tətbiq edən Cənubi Koreya, Sinqapur, Yaponiya və Çinin reallığı göz önündədir”.

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR