Slimfit
  1. CƏMİYYƏT

Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi

Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Sakura

Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi

“Avtomobillərin jalüzləri və örtükləri ilə bağlı problemlər bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib. Yaxşı oldu ki, Daxili işlər naziri Vilayət Eyvazov və yol polisinin rəisi Ramiz Zeynalov vətəndaşların durumunu nəzərə alaraq bu istiqamətdə addım atdılar”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun ştorka və jalüzlü (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırığını şərh edərkən bildirib.

“Ağıllı qərardır və buna görə cərimələrin tətbiq olunmaması doğrudur. Ümumilikdə isə jalüzləri və örtükləri hərəkət təhlükəsizliyi üçün problem yaradan vasitələr kateqoriyasından çıxarmaq lazımdır. İfrata varmadan ümumi standartlarda sürücülərin bu vasitələrdən ilboyu istifadə etməsini məhdudlaşdırmaq olmaz”, - deyə F.Mustafa bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR