Slimfit
  1. CƏMİYYƏT

Deputat: “Vətəndaşlara sərt karantin rejimində sosial müavinətlər verilə bilər”

Deputat: “Vətəndaşlara sərt karantin rejimində sosial müavinətlər verilə bilər”
Sakura

Deputat: “Vətəndaşlara sərt karantin rejimində sosial müavinətlər verilə bilər”

“Sərt karantin rejiminin uzadılması ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını ala bilməməklə əlaqədardır”.

Ens.az xəbər verir ki,Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O bildirib ki, hökumətin təcridlə bağlı addımları məcburiyyətdən doğur.

Millət vəkili hesab edir ki, sərt karantin rejimi olmasa, daha böyük problemlər yaşana bilərdi.

“Ancaq qapanmaya gedəndən sonra da vətəndaşların sosial problemləri başlayacaq. Çünki insanların gündəlik xərcləri var. Düşünürəm ki, hökumət bunu da nəzərə alacaq və müvafiq qərarlar qəbul ediləcək. Təcridə keçdikcə, sərt karantin rejimində vətəndaşlara sosial müavinətlər verilə bilər”, - deyə R.Nurullayev əlavə edib.

O düşünür ki, hökumət vətəndaşların rifahı üçün əlindən gələni edəcək.

Koronavirus pandemiyası ilə əlaqədar iyunun 21-i saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR