Slimfit
  1. CƏMİYYƏT

Deputat toy və nişan mərasimlərinin keçirilməsini gündəmə gətirdi

Deputat toy və nişan mərasimlərinin keçirilməsini gündəmə gətirdi
Sakura

Deputat toy və nişan mərasimlərinin keçirilməsini gündəmə gətirdi

"Düşünürəm ki, yoluxma sayında davam edən hazırkı müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha bilikli və ehtiyyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər. Əlbəttə ki, yeni qaydalarla birlikdə nəzarət mexanizmlərinin də qurulması şərti ilə".

Ens.az Modern.Az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov bildirib.

R.Mahmudov qeyd edib ki,  bu barədə son qərar Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək:

"Ümumiyyətlə hesab edirəm ki, payız aylarından sonra #COVİD19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi fayda yanında, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma bizlər vətəndaş olaraq ehtiyyatlı olmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmaməkili alıyıq"

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR