Dərc edildi: Baxış sayı: 445
Deputat təklif verdi: Hərbçi, müəllim və həkimlər...
Hərbiçilər, müəllimlər və həkimlərin yaşayış xərclərinin artırılması daha yaxşı olardı.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, çünki bu gün yaşayış evləri bazar qiymətləri ilə tənzimlənir:
“Eyni zamanda torpaqlarla bağlı ayrı-ayrı kooperasiyaların yaradılması daha məqbuldur. Minatəmizləmə proseslərində iştirak edən şəxslərin əmək haqqlarının artırəlmasına da ehtiyac var”.
Deputat bildirib ki, uşaq evlərinin sakinlərinin sonrakı taleyi müəmmalı qalır. Ona görə də bu kateqoriyadan olan uşaqlar üçün kampusların tikilib istifadəyə verilməsi daha yaxşı olardı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət