Slimfit
  1. MEDİA

Deputat: Təbiəti qorumaq hər birimizin vətəndaşlıq borcudur

Deputat: Təbiəti qorumaq hər birimizin vətəndaşlıq borcudur
Sakura

Deputat: Təbiəti qorumaq hər birimizin vətəndaşlıq borcudur

Bu gün ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Sağlamlığımızı təmin etmək üçün ilk növbədə təbiəti sağlamlaşdırmaq, ətraf mühiti qorumaq gərəkdir.

Ens.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, XX və XXI əsrlərdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı, gələcəkdə bərpası mümkün olmayacaq təbii sərvətlərin həddindən artıq istismarı ətraf mühitə mənfi təsirini qaçılmaz edib.

"Qlobal ekoloji böhran, ətraf mühitlə bağlı problemlər bu gün bəşəriyyətin inkişafının ən vacib tələblərindən birinə çevrilib. Son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə edən ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində geniş miqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması dövlət siyasətinin dayanıqlı inkişafs trategiyasının mühüm tərkib hissəsələrindən biridir.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq ölkəmizin ekoloji siyasətinin əsas istiqamətləridir. Unutmayaq ki, iqlim dəyişmələrinin təsirindən inkişaf səviyyəsində nasılı olmayaraq heç bir ölkə sığortalanmayıb. Təbiətdə baş verən ekstremal təbii fəlakətlərdən bunu əyani şəkildə müşahidə edirik. Bəşəriyyətin üzləşdiyi ən çətin problemlərdən biri olan qlobal iqlim dəyişmələrinin yaratdığı problemin qarşısının alınmasına yönəldilən birgə səylər hər zaman ölkəmiz tərəfindən dəstəklənib, vətəndaşlarımız bu sahədə öz fəallıqlarını nümayiş etdiriblər.
“Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir”. Xalqımızın ulu öndəri Heydər Əliyevin zamanında söylədiyi bu sözlər bu gündə öz aktuallığını qoruyub saxlayır. Dövlətimizin ekoloji siyasətinin, təbiətə dəyər verməsinin və ona qayğı ilə yanaşmasının bəhrəsidir ki, insanlar təbiətlə bir vəhdət şəklində yaşayır, təbiətimizi, zəngin flora və faunamızı qoruyur, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsi üçün əllərindən gələni edirlər.

Ümummilli liderimiz ekoloji probləmlərin həlli yollarını da bizə göstərib:"Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması,ekoloji sağlamlıq və digər qlobal probləmlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də,onları yalnız birgə səylərlə həll etmək mümkündür".
Ulu öndərimiz tərəfindən müəyyənləşdirilən ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəbaşçısının rəhbərliyi ilə təbiəti mühafizə sahəsində görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa,Vətənə qayğı və sevgi ilə yanaşmağı tələb edir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrində mühüm rolu var. Müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir.

Bu gün Azərbaycanın hər yerində vətəndaşların iştirakı ilə ağacəkmə aksiyaları keçirilir, flora və faunanın genefondunun mühafizəsi üçün “Qırmızı Kitab” yaradılıb, nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər mütəmadi monitorinqlər keçirirlər. Ölkəmizin hər yerində yaşıllıqlarınsalınmasında, təmizlikişlərindəvətəndaşlarımız fəallıq göstərirlər. Onların əkdikləri ağaclar təbiətə rəngarənglik, gözəllik, eyni zamanda təmiz hava bəxş edir.

Ətraf mühitdən, təbiətdən yararlanmaq hər bir vətəndaşın hüququ olduğu kimi, onu qorumaq, qayğısına qalmaq da hər birimizin vətəndaşlıq borcudur".

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR