Slimfit
  1. SİYASƏT

Deputat: “Sülhməramlıların fəaliyyətsizliyi, separatçılara göz yumması təxribatlara yol açır”

Deputat: “Sülhməramlıların fəaliyyətsizliyi, separatçılara göz yumması təxribatlara yol açır”
Sakura

Deputat: “Sülhməramlıların fəaliyyətsizliyi, separatçılara göz yumması təxribatlara yol açır”

“Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətsizliyi və separatçılara özbaşınalıqların davam etdirilməsinə göz yumması təxribatların davam etməsinə yol açır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, dünən Şuşanın Allahqululular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələri daşıyan torpaq yollarda yenidən minaların basdırılması nəticəsində üç hərbi qulluqçumuzun yaralanması separatçıların növbəti təxribatıdır: “Hesab edirəm ki, ermənilərin təxribatlarını davam etdirməsi ciddi tədbirlər görməyimizi tələb edir. İlk növbədə Rusiya sülhməramlılarından bu məsələ ilə bağlı izahat tələb olunmalıdır. Çünki, sülhməramlılar gizli yollarla separatçılara silah-sursat daşımaqda davam edir. Halbuki 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına əsasən sülhməramlıların müvəqqəti yerləşməsi ilə paralel olaraq erməni silahlıları Qarabağı tərk etməlidilər. Təəssüf ki, bu baş verməyib. Hətta məlumata görə, 10 minə qədər erməni hərbçinin Qarabağda qaldığı deyilir”.

“Əgər sülhməramlılar bu işi görə bilmirlərsə, Ordumuz Qarabağda antiterror əməliyyatına başlamalı və ərazilərimizdə olan erməni silahlıları tərksilah edilməlidir. Çünki, separatçıların təxribatlar törətməsinin davam etdirilməsinə imkan vermək olmaz. Hesab edirəm, antiterror əməliyyatına başlayaraq ərazilərimizi separatçılardan təmizləmək zamanı gəlib. Ermənilər ancaq başlarından dəmir yumruqla vurulararq tərbiyə olunmalıdırlar. Ermənistan və ərazilərimizdə yerləşən separatçılar görməlidirlər ki, törətdikləri hər bir təxribatın cavabı çox ciddi şəkildə verilir”, - deputat qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR