Dərc edildi: Baxış sayı: 583
Deputat "Sülh çeşməsi" ilə bağlı çağırış etdi
Dünyadakı türkləri birliyə, qardaş Türkiyənin yanında olmağa, dəstək verməyə çağırırıq.
Axar.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva qeyd edib.
“Sülh çeşməsi” hərəkatına dəstək verməklə, düşmənə də, dost bildiklərimizə də ciddi mesaj verməliyik. “Məsələ Vətəndirsə, gerisi təfərrüatdır”, - deyən millətin övladı olduğunuzu unutmayın.
Türk millətini qorxutmaq istəyənlərə Çanaqqala dastanını xatırladın. Çoxu “bitdi” deyəndə “biz “bitdi” demədən bitməz” deyib, küllərindən doğularaq dastan yazan millətin adıdır Türk! Rəbbim, türk ordusuna qələbə nəsib et!” - Q.Paşayeva bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət