Dərc edildi: Baxış sayı: 536
Deputat: “Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”
“Hesab edirəm ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əhmədova deyib.
Deputat media işçilərinə müraciə edib:
“Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlə tələb edir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət