Slimfit
  1. AZƏRBAYCAN

Deputat: Siqaret satışı üçün xüsusi yerlər müəyyən olunsun

Deputat: Siqaret satışı üçün xüsusi yerlər müəyyən olunsun
Sakura

Azərbaycanda siqaretin, tütün məhsullarının satışı üçün xüsusi yerlər müəyyən olunsun

Azərbaycanda siqaretin, tütün məhsullarının satışı üçün xüsusi yerlər müəyyən olunsun.

Oxu.Az-ın xəbərinə görə, bu təkliflə millət vəkili Elmira Axundova çıxış edib.

O qeyd edib ki, ictimai yerlərdə tütün və tütün məmulatlarının istifadəsi məhdudlaşdırılsa da, mövcud qanunun tələbləri, müddəaları bir sıra hallarda pozulmaqdadır.

Millət vəkili orta məktəb binalarının, azyaşlı uşaqların, yeniyetmələrin təhsil aldığı, əyləndiyi, istirahət etdiyi ərazilərin yaxınlığında tütün məhsullarının satışının davam etdirilməsinin yolverilməz və qəbuledilməz olduğunu bildirib:

“Odur ki, bu məsələni kökündən həll etmək üçün həm tütün məmulatlarının satışı məhdudlaşdırılmalıdır, həm də müvafiq yerlər müəyyən edilməlidir ki, ancaq orada siqaret satılsın. Başqa yerdə siqaret satışı həyata keçirilməsin və bunu edənlər qanun qarşısında cavab versinlər. Hesab edirəm ki, yalnız o zaman bu məsələ ətrafında yaşanan narahatlıqlar aradan qalxar, problemlər həllini tapar”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR