Slimfit
  1. AZƏRBAYCAN

Deputat səlahiyyət artımı tələb etdi, spiker razılaşmadı

Deputat səlahiyyət artımı tələb etdi, spiker razılaşmadı
Sakura

Deputat səlahiyyət artımı tələb etdi, spiker razılaşmadı

Millət vəkili Fazil Mustafa deputatların qanunvericilik təşəbbüsü hüququ ilə çıxış etməsinə şərait yaradacaq səlahiyyətlərin artırılmasını təklif edib.

Oxu.Az-ın xəbərinə görə, millət vəkili parlamentin növbəti plenar iclasında çıxışı zamanı bildirib ki, bu gün deputatların nizam-intizam məsələsinin gündəmə gətirilməsindən, bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsinin nəzərdə tutulmasından daha çox onların hüquqlarının, səlahiyyətlərinin artırılmasına ehtiyac var:

“Yaxşı olardı ki, heç olmasa, qarşıdan gələn sessiyalarda bu məsələyə daha ciddi diqqət yetiriləydi. Ölkədə, məsələn, məhkəmə-hüquq islahatları ilə bağlı işlər görülür. Amma millət vəkillərinin bunlardan xəbəri olmur, bu yöndə qanunvericilik bazasının formalaşdırılması, təkmilləşdirilməsi istiqamətində görülən, nəzərdə tutulan işlərdən xəbərsiz qalırlar.

Ona görə deputatların hüquqlarının, səlahiyyətlərinin artırılmasına və təmin edilməsinə ehtiyac var. Keçən iclasda birinci vitse-spiker Ziyafət Əsgərov da irad tutdu ki, ancaq gündəlikdə olan məsələlərdən danışmaq lazımdır. Bu, düzgün yanaşma deyil. Deputatlar onları maraqlandıran istənilən məsələ ilə bağlı fikir bildirmək hüququna malikdirlər. Onların daha çox bu hüquqları təmin olunmalıdır, nəinki nizam-intizam məsələsi”.

Spiker Oqtay Əsədov isə deputata cavabında bunları deyib:

“Nizam-intizam olmayanda, fayda da olmayacaq. Ziyafət müəllimin dediyində həqiqət var. Milli Məclisin Daxili Nizamnaməsini açıb baxsanız, görəcəksiniz ki, bu məsələ orada da var. Ona görə nizam-intizam məsələsi çox vacibdir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR