Dərc edildi: Baxış sayı: 520
Deputat seçicilərinə söz verdi
Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda sakinlərlə görüşüb.
Axar.az xəbər verir ki, millət vəkili sakinlərlə görüşdə onların müraciətlərini dinləyib və problemlərin həlli istiqamətində müvafiq qurumlara müraciət edib.
Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicə almaları və əməliyyat olunmaları üçün Bakıda və Tovuz Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Deputat həmçinin fiziki imkanları məhdud insanların qayğıları ilə də maraqlanıb.
Millət vəkili seçiciləri ilə görüşdə onları narahat edən problemlərin həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını və verilən təkliflərdən bəzilərini parlamentdə səsləndirəcəyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət