Slimfit
  1. SİYASƏT

Deputat sayı artırıla, seçki sistemi dəyişə bilər – Sensasiya

Deputat sayı artırıla, seçki sistemi dəyişə bilər – Sensasiya
Sakura

Deputat sayı artırıla, seçki sistemi dəyişə bilər – Sensasiya

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının proporsional seçki sisteminə keçidlə bağlı təklifi maraqla qarşılanıb. F.Ağamalı parlament azlığının ilk dəfə olaraq Milli Məclisdə rəhbər vəzifələrə seçilməsini əsas götürərək, hətta Konstitusiya dəyişikliyinin ola biləcəyini və bu il referendumun keçirilməsi mümkünlüyünü də dilə gətirib.

Mövzunu Axar.az-a açıqlamasında davam etdirən Fəzail Ağamalı bildirib ki, proporsional sistem ilə majoritar sistem birlikdə tətbiq edilə bilər.

F.Ağamalı daha bir maraqlı məqama toxunub və qeyd edib ki, Milli Məclisin deputat sayının artırılması da gündəmdədir.

Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa saytımıza deyib ki, bu təklifi çox müsbət qarşılayır:

“Dünya təcrübəsində proporsional seçki sistemi mövcuddur. Düşünürəm ki, bu, bizim üçün də faydalı ola bilər”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, proporsional sistem vaxtilə Azərbaycanda mövcud olub:

“Yəni bu sistem bizə yad deyil. Seçki sistemi ilə bağlı dəyişiklik olsa və təsdiqlənsə, əlbəttə, müsbət qarşılanar. Xüsusilə partiyaların inkişafı baxımından bu, çox müsbət adım olar”.

Deputat, hakim Yeni Azərbaycan Partiyasının üzvü Elman Nəsirov da Azərbaycanda proporsional seçki sistemi ənənəsinin olmasına toxunub:

“Yəni cəmiyyətimiz bu sistemə bələddir. Hazırda bununla bağlı təkliflər daha çox mediada səsləndirilir. Xüsusən parlamentin müxalifətdən olan üzvləri bu sistemə keçilməsində maraqlıdır. Hətta bitərəf deputatlar arasında da bu məsələ müzakirə olunur. Amma bunun tətbiq ediləcəyi haqda konkret söz deyə bilmərəm”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR