Slimfit
  1. AZƏRBAYCAN

Deputat: Sanki “nərminlər” hardasa bu məsələlərlə bağlı bir kurs keçiblər

Deputat: Sanki “nərminlər” hardasa bu məsələlərlə bağlı bir kurs keçiblər
Sakura

Deputat: Sanki “nərminlər” hardasa bu məsələlərlə bağlı bir kurs keçiblər

Bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı bir azərbaycanlı qızın igid qəhrəmanımız Mübariz İbrahimov haqqında təhqiramiz fikirlərinə rast gəldim. Onun yazısını ürək ağrısı ilə oxudum və bu status ətrafında gedən müzakirələri diqqətlə izləyirəm. Təəssüf ki, Nərmin “nümunəsi” birinci dəfə deyil. 

Bu yerdəcə yazıçı Əkrəm Əylislinin xalqımıza ləkə atan kitabını, Avropa ölkələrinə köçmək üçün Ermənistandan siyasi sığınacaq istəyən bir azərbaycanlı ailəsini, bu yaxınlarda məktəbdə uşaqlara erməni rəqsini öyrədən müəllimi yada salaq.

Oxu.Az xəbər verir ki, bu sğzləri millət vəkili Aydın Mirzəzadə yazıb.

O qeyd ki, həmin insanlar azdır, barmaqla sayılacaq qədərdir, ancaq onlar var:

“Sanki onlar bu cəmiyyətdə yaşamırlar, sanki Qarabağ ağrısını hiss etmirlər, torpağı işğal edilən ölkənin vətəndaşları deyillər. Onlar Mübariz İbrahimovun ərazimizi işğal etmiş düşmən əsgərlərini öldürdüyünü başa düşmürlər.

Daha doğrusu, şüurlu surətdə başa düşməkdən imtina edirlər. Və fikirlərini əsaslandırmaq üçün söylədikləri də erməni millətçi ideoloqlarının söylədikləri ilə üst-üstə düşür. Sanki “nərminlər” hardasa bu məsələlərlə bağlı bir kurs keçiblər.

Diqqət edirsinizsə, milli düşüncəmizə qarşı hücuma keçənlərin hamısının hardasa bir erməni dostu ortaya çıxır və bildirirlər ki, onlar üçün əsas insanlıqdır”.

Deputatın yazdığına görə, Ermənistanda son zamanlar işğal edilmiş torpaqlarımızı geri qaytarmaq səsləri eşidilir. 

“Ancaq Nərmindən fərqli olaraq, Ermənistanda hələ heç kəs öz əsgərinə “Azərbaycanlıya güllə atma, onun bacısı, anası var”, - deyən yoxdur. 

“Döyüşmə, silahı at və pasifist ol” şüarları da səslənmir.

Ötən il Füzuli rayonunda yaşyarımlıq Zəhra Quliyeva Ermənistan tərəfindən atəşlə öldürüləndə nə Nərmin Şahmarzadənin, nə də onun erməni dostlarının səsi çıxdı. Bu məsələdə diqqətimi çəkən isə Nərminin provokasiyalı və düşmənə dəstək olan çağırışına cəmiyyətin kütləvi və kəskin reaksiyası oldu. Bu, xalqın səsi idi, milli mənliyin müdafiəsinə hər bir kəsin qalxması idi.

Mənliyini və dəyərlərini qoruyan xalq düşmən cəhdlərinə ilk növbədə özü cavab verəcək”, - deyə millət vəkili yazıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR