Slimfit
  1. SİYASƏT

Deputat Prezidentin Zirvə görüşündəki çıxışını şərh etdi

Deputat Prezidentin Zirvə görüşündəki çıxışını şərh etdi
Sakura
:0

Deputat Prezidentin Zirvə görüşündəki çıxışını şərh etdi

“Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyasına qarşı beynəlxalq təşkilatlar arasında dövlət başçıları səviyyəsində keçirilən ilk belə toplantıdır. Bu, çox mühüm hadisədir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Türk Şurasının videokonfrans vasitəsilə keçirdiyi fövqəladə Zirvə görüşünü şərh edərkən deyib.

O bildirib ki, Zirvə görüşünün keçirilməsində əsas məqsəd milli səviyyədə görülmüş tədbirlər planı barədə təcrübə mübadiləsinin aparılmasıdır:

“İkinci məqsəd odur ki, lazım olan anda üzv dövlətlər bir-birinə hərtərəfli dəstək göstərsin. Üçüncüsü isə budur ki, xalqlarımız arasında həmrəylik daha da möhkəmlənsin”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin nitqində koronavirusa qarşı milli səviyyədə atılan addımlar göstərildi.

“Prezident vurğuladı ki, Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün sistemli, ardıcıl, qabaqlayıcı addımlar atıb. Azərbaycanın atdığı addımların məqsədi odur ki, koronavirusa qarşı mübarizədə səmərəlilik əmsalı artsın, əhalinin sağlamlığı qorunsun və dövlətin təhlükəsizliyi təmin edilsin.

Cənab Prezident koronvirusun zərərinin minimuma endirilməsi üçün Azərbaycanda iqtisadi-sosial sferada, səhiyyə sahəsində genişmiqyaslı tədbirlər həyata keçirildiyi barədə də ətraflı çıxış etdi”.

Deputatın fikrincə, pandemiya dövründə Azərbaycan transit-logistika mərkəzi kimi üzərinə düşən məsuliyyəti dərk edərək, Türk Şurasına üzv dövlətlər arasında ticari-iqtisadi əlaqələrin həyata keçirilməsi üçün mühüm addımlar atıb.

“Cənab Prezident nitqində dedi ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə, 40 min ton çoxdur”, - deyə E.Nəsirov əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti Zirvə görüşünü təşkil etməklə həlledici addım atdı.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR