Slimfit
  1. AZƏRBAYCAN

Deputat: “Pensiya islahatlarının müsbət nəticəsini görmürəm”

Deputat: “Pensiya islahatlarının müsbət nəticəsini görmürəm”
Sakura

Deputat: “Pensiya islahatlarının müsbət nəticəsini görmürəm”

“Azərbaycanda qadınlar və kişilərin pensiya yaş həddini eyniləşdirdik. Bu, dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Son 10 ildə yaşa görə pensiyaya çıxmanı iki dəfə dəyişmişik. Ölkədə pensiya islahatlarının müsbət nəticəsini görmürəm”.

Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O qeyd edib ki, pensiya sistemi haqqında qanuna yenidən baxmağa böyük ehtiyac var: “Təklif edirəm ki, pensiya yaşı məsələsinə çox ciddi baxılsın. Ölkələr var ki, orada bir işləyənə bir pensiyaçı, Azərbaycanda isə bir pensiyaçıya 3 nəfər işləyən düşür. Nəyə görə biz yaş həddini 65-ə qaldırmışıq? Bu məsələ qadınlar üçün isə heç başadüşülən deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR