Slimfit
  1. SİYASƏT

Deputat olmaq istəyənlər: Bunlara əməl etməsəniz, namizədliyiniz ləğv olunacaq

Deputat olmaq istəyənlər: Bunlara əməl etməsəniz, namizədliyiniz ləğv olunacaq
Sakura

Deputat olmaq istəyənlər: Bunlara əməl etməsəniz, namizədliyiniz ləğv olunacaq

Bu gecədən etibarən növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı rəsmi təbliğat-təşviqat kampaniyasına start verilir.

Modern.az xəbər verir ki, namizədlər bu gün - yanvarın 16-dan 17-nə keçən gecə, saat 12-dən etibarən öz təbliğat-təşviqat kampaniyalarını apara biləcəklər.

 Qeyd edək ki, seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır.

 Təşviqat kampaniyasında Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları iştirak edə bilərlər.

 Seçkiqabağı təşviqat kütləvi informasiya vasitələri, kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi, çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması, yayılması qanunla qadağan edilməyən digər üsullarla aparıla bilər.

 Öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət və ya bələdiyyə orqanlarında, idarələrində, təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara seçkiqabağı təbliğat-təşviqat kampaniyası aparmaq qadağan edilir. Həmçinin, seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə də seçkiöncəsi təbliğat-təşviqat aparmaq səlahiyyəti verilmir.

 Seçki Məcəlləsinin iyirmi beşinci fəslində də Milli Məclisə seçkilərə hazırlıq qaydaları öz əksini tapıb. Seçki Məcəlləsinin 155-ci maddəsinə görə, televiziyaların ayırdıqları pulsuz efir vaxtının 1/3-i qeydə alınmış namizədlərə ayrılır. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar bu pulsuz efir vaxtından yararlana bilərlər. Növbədənkənar parlament seçkilərində 60-dan çox namizədi qeydə alınan yeganə partiya Yeni Azərbaycan Partiyası olduğundan ödənişsiz efir hüququnu da bu partiya qazanıb.

Seçki Məcəlləsinə görə, seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR