Slimfit
  1. SİYASƏT

Deputat: "İşğalçı davranışlara "dur" deməyin əsl məqamıdır"

Deputat: "İşğalçı davranışlara "dur" deməyin əsl məqamıdır"
Sakura

Deputat: "İşğalçı davranışlara "dur" deməyin əsl məqamıdır"

“Son günlər işğalçı ölkə Ermənistan tərəfindən ölkəmizə qarşı təxribatların sayı artıb. Hələ bu ilin iyulun 12-də Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat nəticəsində Ordumuzun hərbçiləri, mülki şəxslər həlak olub və yaralanmışdı. Həmin vaxt Ordumuz tərəfindən düşmənə layiqli cavablar verilərək böyük itki ilə geri oturdulmuşdu”.

Ens.az "Report"-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Madər Musayev deyib.

Deputat bildirib ki, ermənilər Ordumuz tərəfindən onlara verilən dərslərdən bir nəticə çıxarmayıblar:

“Ermənistan silahlı qüvvələri bu gün də Tovuz istiqamətində növbəti təxribata əl atıblar. Düşmənin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu (Məmmədov Elşən Əli oğlu) şəhid olub. Hesab edirəm ki, bu, hadisə adi hadisə deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır. Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq bu addımları atır. Bu çirkin əməllərə əl atmaq isə onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək isə mümkün deyil. Dəfələrlə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev də qeyd edib ki, Azərbaycan torpaqlarının işğal olunmasında, təxribatlara əl atılmasında bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir”.

M.Musayev qeyd edib ki, dünyanın ikiüzlü siyasi dairələrinin loyal münasibəti təcavüzkarı ruhlandırır:

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarına nəzər salanda isə aydın görürük ki, bu təşkilat ermənilərin işinə daha çox yarayır. Görünən odur ki, atalar məsəlində də deyildiyi kimi, taylı tayını tapar... Onlardan haqq, ədalət gözləməyinə dəyməz... Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, o cümlədən maraqlı tərəflərin münaqişəyə baxışı dəyişməsə, münaqişə heç 100 il bundan sonra da ədalətli şəkildə həll olmayacaq. Artıq işğala, işğalçı davranışlara "dur" deməyin əsl məqamı və zamanıdır. İnanırıq və qəti şəkildə əminik ki, belə də olacaq. Ali Baş Komandanın əmri və rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızla birlikdə hər mənada öz sözünü deyəcək, Ermənistana, onun müxtəlif coğrafiyalardakı qanlı havadarlarına haqq etdikləri yeri tanıdacaq...O gün isə uzaqda deyil”.


 

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR