Slimfit
  1. MEDİA

Deputat: İlham Əliyev Qarabağı qaytaran lider kimi tarixə düşəcək

Deputat: İlham Əliyev Qarabağı qaytaran lider kimi tarixə düşəcək
Sakura

Deputat: İlham Əliyev Qarabağı qaytaran lider kimi tarixə düşəcək

 

Prezident İlham Əliyevin Qarabağ siyasəti ənənəvi siyasətin, estafetin davamıdır. Bu məsələdə ölkə başçısı hər zaman eyni azərbaycançılıq, eyni milli mənafe xəttini götürüb, indi də bu xətt eyni qaydada davam edir.

Sadəcə, son vaxtlar, xüsusən Paşinyanın hakimiyyətə gəlməsindən sonra yaranan təxribatlar, erməni katolikosunun söylədiyi fikirlər, Şuşada baş verən məlum hadisələr, Ermənistan Baş nazirinin “Yallı” getməsi Azərbaycana qarşı yönəlmiş təxribat, təhriketmə cəhdləridir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu təxribatçılıq cəhdlərinə uysaydı, onda düzgün olmazdı, çünki Azərbaycanın öz səbir xətti var, diplomatik etiketi, son ana qədər diplomatiyadan istifadə haqqını özündə saxlayır.

“Düzdür, bizi qınayanlar var ki, beynəlxalq hüquq da sizin tərəfinizdədir, niyə müharibə eləmirsiniz? Güclü, modern ordunuz var, niyə hərb variantına əl atmırsınız? Hansı ki, bütün dünya Aprel döyüşlərində gördü ki, bu ordu nəyə qadir idi, nə qədər xüsusi, kritik sayıla biləcək əraziləri azad etdi.

Azərbaycanın burada məqsədi nədir? Diplomatiyadan maksimum istifadə etmək. Nə qədər gücümüz çatırsa, nə qədər o xətt varsa, ora qədər getmək.

Sonuna qədər səbir edirik ki, sabah böyük güclər, beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycanı qınamasın ki, biz filan məsələdə artıq vasitəçilik edirdik, yekuna varırdıq, məsələ həll olunurdu, məlum qətnamələr icra olunurdu.

Amma bayaq qeyd etdiyim kimi, Aprel döyüşləri bir daha sübut etdi ki, bizim səbrimizin limiti var və təxribatlar elə bir həddə yönələ bilər ki, Azərbaycan artıq dözüm gətirə bilməz.

Elə bir məqam yetişər ki, artıq Azərbaycan o Aprel döyüşlərinin davamını gətirə bilər. Çünki Ermənistanın sabit hakimiyyəti yoxdur. Həmişə iki illik, üç illik hakimiyyətlər var. Çünki iqtisadiyyat fiasko, siyasi proseslər fiasko. Azərbaycan isə uzun məsəfəyə yönələn bir siyasət yürüdür.

Qətiyyən şübhə etmirəm ki, cənab prezident öz uğurlu, mütərəqqi fəaliyyəti nəticəsində Qarabağın işğaldan azad olunmasına nail olacaq.

Bütün İlham Əliyevsevərlərin qənaəti bundan ibarətdir ki, İlham Əliyev Qarabağı qaytaran lider kimi Azərbaycan tarixinə düşəcək”, - deyə millət vəkili əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR