Deputat həmkarlarını laqeydlikdə təqsirləndirdi
İcbari tibbi sığorta ilə bağlı məsələlərin icrasında müəyyən problemlər üzə çıxacaq.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bəzi millət vəkilləri bu qanun layihəsinə laqeyd yanaşırlar. V.Əhmədov təkliflərini də səsləndirib:
“İki məsələyə toxunmaq istəyirəm. Biz 2020-ci ilin yanvarın 1-dən icbari tibbi sığortaya keçidlə bağlı məlumat vermişik. İndi isə deyirik ki, 2020-ci ilin yanvarın 1-dən mərhələli şəkildə həyata keçiriləcək. Bu barədə əvvəldən düzgün təbliğat aparmaq lazım idi.
Biz dövlət büdcəsindən icbari tibbi sığorta üçün kifayət qədər yüksək vəsait ayırırıq. Təklif edirəm ki, bu maliyyə Əlavə Dəyər Vergisindan azad edilsin.Ümumiyyətlə, icbari tibbi sığorta Əlavə Dəyər Vergisindən azad edilməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət