Deputat: 'Ermənistan həqiqətən sülh istəyirsə, işğalçılıq siyasətinə son qoymalıdır'
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli dövlətimizin xarici siyasətində başlıca yer tutur. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.
"Report" xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsini müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O bildirib ki, mayın 12-də tərəflər arasında atəşkəs sazişinin imzalanmasından 25 il ötüb: "Lakin Ermənistan tərəfi bu günədək münaqişənin həlli ilə bağlı heç bir konstruktiv mövqe ortaya qoymayıb. İşğalçı ölkənin baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar ziddiyyətlidir və bu da faktlarala təsdiq olunduğu halda biğanəlik sadəcə təssüf doğurur! Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etmək gücündə deyil, bugünədək onun bu istiqamətdə həyata keçirdiyi fəaliyyətdən hiss olunur ki, atəşkəs rejimindən sui-istfadə edir və bununlada öz məqsədlərini həyata keçirməyə çalışır. Paşinyan sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə siyasətdən birdaha uzaq olduğunu subuta yetirir. Onun məntiqsiz bəyanatları daxili auditoriya üçün keçərlidir ki, bununlada hakimiyyətdəki mövqeyini saxlamağa çalışır və beynəlxalq ictimaiyyəti aldatmaq mövqeyini ortaya qoyur. “Reallıq isə bundan ibarətdir ki, Azərbaycanın torpaqları hələ də işğal altındadır, bir milyindan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu sənədlərə əməl etməlidir. Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq. Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüquq normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir.Eyni zamanda Ermənistan rəhbərliyi anlmalıdır ki, özünün gələcəyi və inkişafının yeganə yolu , yalnız və yalnız işğalçılıq siyasətinə son qoymasında, zəbt etdiyi torpaqları dərhal azad etməsindən aslıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət