Slimfit
  1. CƏMİYYƏT

Deputat əmanətlərlə bağlı təklif irəli sürdü

Deputat əmanətlərlə bağlı təklif irəli sürdü
Sakura

Deputat əmanətlərlə bağlı təklif irəli sürdü

Deputatlar əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti 3 il uzadılmasını təklif edir.

Ölkə.Az” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. O deyib ki, əmanətlərin 3 il müddətinə tam sığortalanaması öz bəhrəsini verdi:

“Belə ki, manatla olan əmanətlər kifayət qədər artmağa başladı. Mən sadəcə bilmək istəyirəm ki, tarix niyə 9 ay müddətinə artırılır? Bu qısa olan öhdəlikləri 8 aya endirir. Hesab edirəm ki, əmanətlər 3 il müddətinə tam sığortalamalıdır. Əhali faktik olaraq təşviş içindədir. Bankların qarşısında kifayət qədər növbələr var. Elman Rüstəmov dedi ki, “B” variantı hazırlanıb. Ancaq mən istərdim ki, Maliyyə Sabitliyi Şuraı əhaliyə geniş məlumat versin. 9 ay müddətinə uzadılaması heç bir effekt verməyəcək. Buna səbəb neftin qiymətinin aşağı düşməsi və yayılan koronavirusdur. Mən ölkə başçısına müraciət edirəm ki, bu müddət 3 il müddətinə uzadılsın. Belə olmasa, əhali banklardan əmanətlərini geri çəkə bilər. Hazırda sənədə təklif olunan 9 ay müddəti heç bir nəticə verməyəcək. Bu, insanlarımızda müəyyən anlaşılmazlıqlar yaradacaq”.

"Əmanətlərin tam sığortalanması haqqında" qanun 2016-cı ildə qəbul edilib. Bu məsələ öz bəhrəsini verib”. 

Millət vəkili Əli Məsimli də əmanətlərin sığortalanmasını  təklif edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR