Slimfit
  1. AZƏRBAYCAN

Deputat Cahangir Hacıyev, Fazil Məmmədov və Rüfət Aslanlının mülklərinin satılaraq pullarının şəhid ailələrinə verilməsini təklif edib

Deputat Cahangir Hacıyev, Fazil Məmmədov və Rüfət Aslanlının mülklərinin satılaraq pullarının şəhid ailələrinə verilməsini təklif edib
Sakura

Deputat Cahangir Hacıyev, Fazil Məmmədov və Rüfət Aslanlının mülklərinin satılaraq pullarının şəhid…

 “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə 24 min insan şəhid olub. Onlar evini, maşınını satıb ov tüfəngi, avtomat alaraq ermənilərə qarşı döyüşərək şəhid olublar. Şəhid olanların hər birinə 11 min manat birdəfəlik ödəmə verilsə, bu, 264 milyon manat edir”.

Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

“Dövlət büdcəsində müəyyən problemlərin, məhdudiyyətlərin olduğunu bilirik. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin Londonda olan mülkləri, sabiq vergilər naziri Fazil Məmmədovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları satışa çıxarılsın, həmin mülklərin pulları vətən yolunda şəhid olan insanların vərəsələrinə verilsin. Çünki həmin pullar xalqın, dövlətin puludur. Bu barədə düşünmək vacibdir”, - deputat əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR