Dərc edildi: Baxış sayı: 619
Deputat: “Bu orden Selçuk Bayraktara anasının südü kimi halaldır”
“Aprel döyüşlərindən sonra bir sıra hərbçilərin qanunsuz həbs olunması ilə bağlı məsələlər müzakirə edilir. Hesab edirəm ki, bu məsələyə dövlət orqanları diqqət yetirsinlər. Ayrı-ayrı şəxslərin qanunsuz hərəkətlərinin qurbanına dövlət çevrilməməlidir”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.
O xatırladıb ki, dünən ölkə başçısı Selçuq Bayraktara “Qarabağ”ordeni təqdim edib:
“Bu orden ona anasının südü kimi halaldır. Biz türk birliyinə nail olmaq istəyiriksə, əlifbamızı ortaq türk modelinə gətirməyə çalışmalıyıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət