Slimfit
  1. SİYASƏT

Deputat: Biz əxlaq kodekslərini ayaqlar altına atmış Qərbə inteqrasiya edə bilmərik

Deputat: Biz əxlaq kodekslərini ayaqlar altına atmış Qərbə inteqrasiya edə bilmərik
Sakura

Deputat: Biz əxlaq kodekslərini ayaqlar altına atmış Qərbə inteqrasiya edə bilmərik

Dövlət başçısı Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə bir çox məsələlərə diqqət çəkdi. Həmin çıxış gənclər üçün proqram xarakterli bir çıxış idi. Prezident İlham Əliyev vurğuladı ki, gənclər Azərbaycan tarixini yaxşı bilməlidirlər. Bugünkü inkişafımızın, dövlətçiliyimizin memarının ümummilli lider olduğunu unutmamalıdırlar.

Bunu Trend-ə millət vəkili Sona Əliyeva deyib.

Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbirdəki çıxışını şərh edən millət vəkili bildirib ki, gənclər ölkədə aparılan düşünülmüş siyasi kursun memarlarını unutmaqla bağışlanmaz səhvə yol verə bilərlər:

"Çünki sapı özümüzdən olan baltalar, xaricdəki qaranlıq qruplardan maliyyələşən radikal müxalifət indi gənclərin beynini zəhərləməyə çalışırlar. Biz xalq olaraq həmişə mənəvi və əxlaqi məsələlərə böyük önəm vermişik. Radikal müxalifət isə bu gün əxlaqsızlığı təbliğ edir. Eyni zamanda, əxlaqsızlığın, islamafobiyanın əsas təbliğatçıları olan Avropaya inteqrasiya etməyimizi istəyirlər. Biz buna gedə bilmərik. Bizim öz əxlaqi, mənəvi, əsrlərlə formalaşmış dəyər kodekslərimiz var. Azərbaycan dövləti öz dəyərləri üzərində inkişaf yolunu əsas prinsip kimi götürüb. Bu yolda da inamla irəliləyir.

Qərbdən maliyyələşən radikal müxalifət bizi Avropa əxlaqsızlığına sürükləməyə çalışır. Nə dövlətimiz, nə cəmiyyətimiz buna imkan verə bilər. Gənclərimiz də həmin dairələrin sərsəmləmələrinə uymamalıdırlar. Radikal düşərgənin onların beyinlərini yumalarına imkan verməməlidirlər. Bizim əxlaqımızda qadınlara xüsusi diqqət və hörmət kodeksləri mövcuddur.

Qadınlarımız dövlət idarəetməsində təmsil olunur. Biz Qərbin aparıcı ölkələrindən, hətta Amerika Birləşmiş Ştatlarından əvvəl qadınlara seçib-seçilmək hüququ vermişik. Bu mənada bizim dəyərlərimiz Avropadan daha zəngindir. Ona görə də biz əxlaq kodekslərini ayaqlar altına atmış Qərbə inteqrasiya edə bilmərik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR