Dərc edildi: Baxış sayı: 333
Deputat Zahid Oruc “Euronews”kanalının Azərbaycan versiyasının yaradılmasını təklif edib
Deputat Zahid Oruc “Euronews”kanalının Azərbaycan versiyasının yaradılmasını təklif edib.
Oxu.Az xəbər verir ki, millət vəkili bu təklifi parlamentin payız sessiyasının ilk iclasında səsləndirib.
O qeyd edib ki, Azərbaycana qarşı müəyyən qruplar tərəfindən sosial şəbəkələr vasitəsilə, o cümlədən “Youtube”la “zəhər” axıdılır:
“Odur ki, “Euronews”kanalı ilə danışıb, onun Azərbaycan versiyasını yaratmalıyıq. Bu, həmin “zəhər”lərin önlənməsində böyük töhfə verə bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət