Slimfit
  1. AZƏRBAYCAN

Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var

Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
Sakura

Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri…

"Prezident İlham Əliyevin Belarusa son səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük potensialı və perspektivləri mövcuddur”.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

O, Azərbaycan və Belarus arasında ənənəvi olaraq yaxşı münasibətlər formalaşdığını söyləyib. Deputatın sözlərinə görə, həmin münasibətlərin dərin təməlləri var:

“Bu münasibətlər qarşılıqlı maraqların təmin olunmasına söykənir. Həmin əsasda iki ölkə arasında siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, mədəni hümanitar sahələrdə əməkdaşlıq qurulub və inkişaf edib".

M.Qasımlı əlavə edib ki, ölkələr arasındakı münasibətlərin hüquq-müqavilə bazası da formalaşıb:

"Azərbaycan və Belarus arasında münasibətlərə cənab Prezidentimiz İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şəxsi münasibətlərinin də böyük təsiri var. Cənab Prezidentimizin bu səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük potensialı və perspektivləri mövcuddur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-19-da Belarusda rəsmi səfərdə olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR