Slimfit
  1. İQTİSADİYYAT

Deputat: "10 min dollardan artıq götürülən kreditlərə də baxılacaq"

Deputat: "10 min dollardan artıq götürülən kreditlərə də baxılacaq"
Sakura

Deputat: "10 min dollardan artıq götürülən kreditlərə də baxılacaq"

"Devalvasiya dövründə fiziki şəxs əlavə nə qədər vəsait ödəyibsə, həmin vəsait əhaliyə qaytarılacaq. Bunlar restrukturuzasiya dövründə məlum olacaq”.
 
Qaynarinfo xəbər verir ki, bunu deputat Vahid Əhmədov Real TV-nin canlı yayımında çıxış edərkən deyib. O, qeyd edib ki, bir neçə müddətdir bu problem müzakirə olunurdu: "Bizim də dövlət başçısından xahişimiz faizlərin silinməsi ilə bağlıdır. Bank sistemi işini sıfırdan qurmalıdır ki, gələcəkdə problemlər olmasın. Çünki hər dəfə cənab prezident belə fərman verməyəcək. Bu, bir şansdır. Ona görə də banklar işlərini düzgün qursunlar. 
 
Bəzən deyirlər ki, hansısa bankları bağlamaq istəyirlər. Mən dövlət rəhbərindən, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyindən xahiş edirəm ki, bankların bağlanmasına 5 il müddətinə moratorium qoysunlar. Çünki devalvasiyalardan sonra bankların vəziyyəti pisləşib. Onların kapitallaşma və gəlirləri səviyyəsi aşağıdır. Banklar sağlamlaşdırılmalıdır. 10 min dollardan artıq götürülən kreditlərə isə bank tərəfindən yenidən baxılacaq”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR