Dərc edildi: Baxış sayı: 649
Dənizkənarı Milli Parkda bayram hazırlıqları
Bayram ab-havası Bakının ən gözəl istirahət məkanında indidən duyulur.
Oxu.Az xəbər verir ki, Dənizkənarı Milli Park 2019-cu ili qarşılamağa hazırlaşır.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirir ki, Yeni il bayramı ilə əlaqədar hazırlıqlar dekabrın 20-dən sonra başa çatacaq.
Bulvara gələn turistlərin və şəhər sakinlərinin foto çəkdirməsi üçün də tunelin qurtaracağında, təxminən 30 metr məsafədə diametri beş metr olan, işıqlarla bəzədilmiş şar və yaxınlığında “Yeni il” rəmzi hesab edilən maral qoşulmuş xizək quraşdırılıb.
Qeyd edək ki, əraziyə işıqlarla bəzədilmiş retro maşınlar, iri ölçüdə hədiyyə qutuları və “qar adamı” qoyulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət