Slimfit
  1. DÜNYA

Dəniz səviyyəsinin qalxması internetdə problemlər yarada bilər

Dəniz səviyyəsinin qalxması internetdə problemlər yarada bilər
Sakura

Dəniz səviyyəsinin qalxması internetdə problemlər yarada bilər

Yaxın 15 ildə ABŞ-da dəniz səviyyəsinin qalxmasına görə vacib internet infrastrukturları su altında qala və zədələnə bilər. Bu barədə ABŞ-ın Viskonsi Universitetinin alimlərinin yeni tədqiqatında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, hesabat müəllifi professor Pol Berford bildirib ki, qlobal internet üçün bilavasitə risk ondan ibarətdir ki, transokean optik-lif kabelləri iqlim dəyişikliyi ilə əlaqədar olaraq dəniz suyunun basmasına görə yaxın illərdə suyun altında qalacaq enmə meydançalarına malikdirlər.
 
İnternetin fiziki infrastrukturunun qlobal xəritəsini tədqiq edərək onu ABŞ Milli okean və atmosfer tədqiqatları idarəsi tərəfindən təqdim edilən dəniz səviyyəsinin qalxması üzrə qiymətləndirmə ilə müqayisə edən alimlər daha çox təhlükə törədən avadanlığın yerləşdiyi yeri müəyyənləşdiriblər. Tədqiqatçıların məlumatına görə, o, Nyu-York, Mayami və Sietl şəhərlərində yerləşir.
 
Professor qeyd edib ki, dəniz səviyyəsinin qalxması enmə meydançaları yüksəkliyə qaldırılmasa, qlobal nasazlıqlara səbəb olacaq. Lakin belə meydançaların sayı azdır və buna görə problemin aradan qaldırılması üçün çoxlu güc və vəsait tələb olunacaq.
 
Alimlər tərəfindən ən çox narahatlıq doğuran nəticə kimi qısa vaxt ərzində əsas rabitə xətlərinin zədələnəcəyi göstərilir. Təkcə ABŞ-da yaxın 15 ildə 1,9 min km magistral və 3,9 min km yeraltı optik-lif kabeli suyun altında qalacaq. Kabellər suyadavamlı olsa da, tam sukeçirməz deyillər. Duzlu suyun təsiri internetdə, xüsusilə ABŞ-ın infrastruktur mərkəzlərində nasazlıqlara səbəb ola bilər.
  
Tədqiqatçılar möhkəm ehtiyat boru kəmərləri quraşdıraraq, eləcə də mövcud kabelləri və enmə meydançalarını qoruyucu qatlarla mühafizə edərək nasazlıqların təhlükəsini azaltmağı təklif edirlər. "Məsələ ondadır ki, mövcud internet infrastrukturunun quraşdırılması zamanı iqlim dəyişikliklərinin nəticələri nəzərə alınmayıb. Gələcəkdə bütün infrastrukturda bu nəticələr nəzərə alınmalıdır", - P.Berford vurğulayıb.

Nizam Nuriyev 

 

Mənbə: İctnews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR