Dərc edildi: Baxış sayı: 412
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb.
"Report"un xəbərinə görə, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən bağlanış mərasimində müsabiqədə iştirak etmiş ölkələrin hərbi dənizçilərinə mükafatlar verilib.
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin qalibi Rusiya hərbçiləri olub. İkinci yeri Qazaxıstan, üçüncü yerləri isə Azərbaycan və İran hərbçiləri tutublar.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Hərbi Dəniz Qüvvələrinin komandanı, birinci dərəcəli kapitan Zaur Hümmətov və digər xarici qonaqlar iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət