Slimfit
  1. CƏMİYYƏT

Dənəsi 5 manata satılan yaşıl yumurta: daha faydalıdır?

Dənəsi 5 manata satılan yaşıl yumurta: daha faydalıdır?
Sakura

Dənəsi 5 manata satılan yaşıl yumurta: daha faydalıdır?

Türkiyənin Zonquldak şəhərinin Ereğli mahalında yaşayan İsmət Koç adlı təsərrüfat sahibi ABŞ-dan “Ameraukana” cinsi toyuqlar alaraq yaşıl yumurta istehsalına başladığını və bu yumurtalardan Azərbaycana da ixrac etdiyini deyib.

Axar.az xəbər verir ki, yaşıl yumurtanın hamilə qadınlar və uşaqlar üçün daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğunu, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilə biləcəyini iddia edən İ.Koç ağ yumurta ilə müqayisədə yaşıl yumurtanın qiymətinin baha (10 lirəyə) təklif olunduğunu söyləyib.

Maraqlıdır ki, son günlər Azərbaycanda yaşıl yumurtanın satılması ilə bağlı məlumatlar da paylaşılıb. Adi mağzalarda rast gəlinməsə də, elan saytlarında yaşıl yumurtanın bir ədədi 5 manata təklif olunub.

Bəs görəsən, yaşıl yumurta doğrudan da hansısa xəstəliklərin müalicəsində istifadə edilə bilərmi?

Türkiyənin Uludağ Universitetinin Baytarlıq fakültəsinin müəllimi, professor Mustafa Təyyar türk mediasına açıqlamasında yaşıl yumurtanın digərlərindən sadəcə rənginə görə fərqləndiyini deyib. O, yumurtanın qiymətinin idxalçının tələbinə uyğun olaraq tənzimləndiyini vurğulayıb:

“Yaşıl və mavi yumurta Şimali Amerika kökənli toyuq irqinin məhsuludur. Qiymətinin belə baha olması idxalçının tələbindən asılıdır. Digərlərindən yalnız rəngi ilə fərqlənir. Bu yumurtalarda daha çox vitaminin olması fikri isə tamamilə əfsanədir. Yumurtanın rəngi sadəcə yumurtlayan toyuğun irqindən asılıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR