Dərc edildi: Baxış sayı: 664
Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb
Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin tam olaraq yekunlaşdırılmaması ilə əlaqədar olaraq 19-31 avqust 2018-ci il tarixlərində sözügedən avtomobil yolu ilə hərəkət tam olaraq məhdudlaşdırılıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sürücülərdən sözügedən yolun bağlı olması ilə əlaqədar olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.
Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət