Slimfit
  1. AZƏRBAYCAN

Dəmir yolunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Dəmir yolunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib
Sakura

Dəmir yolunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, tədbir qurumun sədri tərəfindən təsdiq edilmiş “2018-ci il üçün Cəmiyyətin Mülki müdafiə üzrə tədbirlər Planı”na, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”na və qanunvericiliyin tələblərinə uyğun olaraq baş tutub.

Məşqin məqsədi Cəmiyyətin mülki müdafiə planlarının operativliyinin araşdırılması, rəhbər heyətə fövqəladə hallar zamanı yaranmış vəziyyətin qiymətləndirməsi, əsaslı qərarların qəbul edilməsi, mövcud xəbərdarlıq sxemi əsasında Mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, mülki müdafiə qüvvələrinin düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlər aparılan zaman mülki müdafiə qüvvələrinin fasiləsiz idarə olunmasının öyrədilməsi olub.

Fövqəladə Hallar Komissiyasının sədri (Mülki müdafiə qərərgah rəisi), “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov şərti məlumatlar əsasında 7 bal gücündə baş verən zəlzələ nəticəsində Yevlax-Malay, Yevlax-Goran, Yevlax-Bərdə və Yevlax-Xanabad mənzillərində yolun oz oxundan çıxması, Yevlax stansiyasının tək boğazında 665 №-li sərnişin qatarının quyruq hissəsindən 2 vaqonun relsdən düşməsi, işarəvermə siqnallarının, rabitə xəttinin sıradan çıxması, körpü və tikililərdə müxtəlif zədələrin əmələ gəlməsi, eyni zamanda stansiyanın, Yevlax Yol və İşarəvermə sahəsinin, Yanacaq təminat məntəqəsinin və MRM inzibati binalarının uçması həmçinin yanğının baş verməsi eləcə də sahədə qatarların hərəkətinin dayanması hadisələri baş verdikdə rəhbər heyətin funksional vəzifələrinin dəqiqləşdirilməsi barədə məlumat verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR