Dərc edildi: Baxış sayı: 613
Dəmir Yolları sərnişin daşımaları tariflərini artırıb
"Azərbaycan Dəmir Yolları" QSC 27 iyul tarixindən Bakı-Tbilisi marşrutu üzrə sərnişin qatarı və daxili marşrutlar üzrə tarifləri artırıb. Yeni tariflər ictimaiyyətə açıqlanmır, amma biletlər yeni qiymətlərlə satılır.
ADY-nin sərnişin daşınması departamentində bildiriblər ki, qiymətlər orta hesabla 10% artırılıb. Eyni zamanda, tarif artması yalnız kupe və SV-lərdəki aşağı yerlərə aiddir.
Mənbə: Kommersant.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət