Slimfit
  1. CƏMİYYƏT

Dəmir-daş tərkibli asteroid Yupiterin səthində parıltı yaradıb

Dəmir-daş tərkibli asteroid Yupiterin səthində parıltı yaradıb
Sakura

Dəmir-daş tərkibli asteroid Yupiterin səthində parıltı yaradıb

Alimlərin Avropa Planet Elmləri Konqresində (EPSC) təqdim etdiyi hesablamalar ötən ay Yupiterdə müşahidə edilən alışmanın, planetin səthinə dəmir-daş tərkibli asteroidin düşməsinin nəticəsi olduğunu göstərib. 

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "Report"a verilən məlumata görə, partlayışın gücü 240 kiloton trotilə ekvivalent olub. 

Bu da Çelyabinsk meteoritinin partlayış gücünün yarısına bərabərdir.

Yupiter üzərindəki partlayış avqustun 7-də Texas ştatındakı kiçik bir Sibolo şəhərciyində olan həvəskar astronom İtan Çappel (Ethan Chappel) tərəfindən müşahidə olunub. O, öz həyətində kiçik teleskopla Yupiteri müşahidə edərkən, yerli vaxtla saat 23:07-də Yupiter diskinin kənarında 1.5 saniyə davam edən bir parıltı müşahidə edib.

Müşahidələr videoya yazılıb. İtan müşahidələri - videonu məxsusi olaraq Yupiterin səthindəki hadisələri izləmək üçün yaradılan DeTeCt xidmətinə göndərib.

Florida Texnologiya İnstitutundan olan astronomlar Ramanakumar Sankar və Çaba Palotai (Csaba Palotai) məlumatları təhlil edərək parlaqlığına görə cismin diametrinin 12-16 m, kütləsinin təxminən 450 ton olduğunu təyin ediblər. Bu cisim Yupiter buludları sərhədindən 80 km yüksəklikdə, atmosferin yuxarı qatlarında partlayaraq dağılan obyekt idi. Parlaqlıq əyrisinin təhlili göstərib ki, bu obyekt sıxlığına görə dəmir və daş tərkibli asteroidlər üçün xarakterikdir və komet deyildir.

Astronom Rikardo Huyeso (Ricardo Hueso) məxsusi hesablamalar apararaq müəyyən edib ki, Yupiterdə 2010-cu ildən indiyədək müşahidə olunmuş oxşar hadisələrin sırasında bu partlayış parlaqlığına görə ikincidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR