Dərc edildi: Baxış sayı: 1239
Dəllək Murad - Olmaz
Dərdü-qəmin ərbabıyam,
Dərdlər məndən irad olmaz.
Gündə min nün xəyal eylər,
Mənim könlüm bir şad olmaz.
Göyə çəksə baş tayalar,
Fələk onu tez payalar,
Hər külüng çapmaz qayalar,
Hər igiddən Fərhad olmaz.
Dərviş olan baxmaz pusta,
Uslu olan olar usta,
Güvənmə bivəfa dosta,
Bivəfadan imdad olmaz.
Səhər bağın əsər badı,
Dostundan istə imdadı,
Mövlam yaradıb muradı,
Heç kəs Dəllək Murad olmaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət