Dələ şəhərə necə 300 min dollar dəyərində zərər vurdu?
2014-cü ilin baharında Fort-Ueyn (İndiana ştatı) şəhərində dələ bir naqili gəmirdi və yerli əhaliyə xeyli problem yaratdı.
Dələ tikintisi yekunlaşmaq üzrə olan ictimai mərkəzə daxil olur. Heyvan naqili gəmirdi, bu da qısaqapanmaya səbəb oldu ki, o da öz növbəsində bütün havalandırma, isitmə və işıqlandırma sistemini dayandırdı. Dələnin özü bu zaman öldü.
Təxmini hesablamalara görə təmir işləri 300 min dollara başa gəldi.
Fiberoptik şirkətinin birinin məlumatına görə hər il dələlər şəbəkənin 17%-nə zərər vurur. Gəmiricilərdən sadə insanlara da zərər dəyir: 2010-cu ildə məzuniyyətdən qayıdan ailə aşkar etdi ki, evləri tamamilə yanıb. Bu da dələnin naqili gəmirməsi nəticəsində qısaqapanmaya görə olmuşdu.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət