Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb - Ekspert
Ölkə üzrə 9-cu sinif şagirdlərinin 50 faizi riyaziyyatdan 1-ci buraxılış imtahanında 0 bal toplayıb, yəni imtahan vərəqini heç nə yazmadan geri qaytarıb.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkə üzrə əksər 9-cu sinif şagirdlərinin riyaziyyat fənnindən buraxılış imtahanından 2 qiymət alması ilə bağlı danışarkən deyib:
“DİM 2018-2019-cu tədris ilinin yekun elmi-statistik təhlilini açıqlayıb. Bu statistikaya görə, ölkə üzrə 9-cu sinif şagirdlərinin riyaziyyatdan olan 1-ci mərhələ imtahanda 100 ballıq sistemlə orta göstəricisi 10 bal olub.
Ölkə üzrə 50 faiz 9-cu sinif şagirdi bu mərhələdə 0 bal toplayıb. Yəni imtahan vərəqini heç nə yazmadan geri qaytarıb. Bu, sadəcə dəhşətdir”.
O.Gündüz bildirib ki, məhz bu mərhələ, yəni kurikulum üzrə əldə olunan nəticələr ötən illə müqayisədə pisə doğru dəyişib:
“Hətta Bakı şəhəri üzrə nəticələr də çox bərbad olub. Söhbət etdiyim müəllimlərin bəziləri 1-ci mərhələdəki açıq tipli testlərin hədsiz çətin olduğunu da bildirirdilər. Səbəblərdən biri də budur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət